Xəzər Xəbər

Sülhməramlıların daha dörd avtomobili Xankəndidən Laçına keçib

Region | 12:15 • 29 Yanvar 2023
Sülhməramlıların daha dörd avtomobili Xankəndidən Laçına keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

Xezerxeber.az xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir minik və bir təchizat avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Həmçinin iki təchizat avtomobili də Xankəndiyə keçid edib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Xəbər lenti