Xəzər Xəbər

Xankəndidən Laçın istiqamətinə sülhməramlıların avtomobil karvanı keçib

Region | 13:21 • 29 Yanvar 2023
Xankəndidən Laçın istiqamətinə sülhməramlıların avtomobil karvanı keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

Xezerxeber.az xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 11 təminat-təchizat və üç minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. 

Xəbər lenti

Çox oxunanlar