Xəzər Xəbər

BQXK-yə məxsus altı avtomobilin aksiya ərazisindən keçidinə şərait yaradılıb

Region | 09:42 • 24 Yanvar 2023
BQXK-yə məxsus altı avtomobilin aksiya ərazisindən keçidinə şərait yaradılıb

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.

Xezerxeber.az xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus altı avtomobil ərazidən maneəsiz keçib.

Qeyd edək ki, Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.

Xatırladaq ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabrın 12-dən başlayan dinc aksiya 44 gündür davam edir.

Xəbər lenti