Xəzər Xəbər

Piyadanı vurub qaçan sürücü tutuldu

Region | 10:09 • 24 Yanvar 2023
Piyadanı vurub qaçan sürücü tutuldu

Yanvarın 23-də saat 2 radələrində Kürdəmir şəhəri ərazisində şəhər sakini C.Məhərrəmovun müəyyən edilməyən avtomobillə vurulması barədə polisə məlumat daxil olub.

Bu barədə Xezerxeber.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21099” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsinin sürücüsü K.Kərimov saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti