Xəzər Xəbər

Göyçayda dağda itkin düşənlərin yeri müəyyənləşib YENİLƏNİB

Region | 10:24 • 16 Avqust 2022
Göyçayda dağda itkin düşənlərin yeri müəyyənləşib

Göyçay rayonunda 3 nəfər dağlıq ərazidə itkin düşüb.

Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, dünən axşam saatlarında Göyçay sakinləri, şəhərin Şimal istiqamətindəki dağlıq ərazidə itmiş qoyunlarını axtararkən dərəyə düşüblər.

Köməksiz vəziyyətdə qalan şəxslər FHN-in “112” qaynar xətt mərkəzinə məlumat veriblər.

Hadisə yerinə cəlb edilən xilasedicilər hazırda itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirir.

Əlavə məlumat veriləcək.

***

Göyçayda dağlıq ərazidə itkin düşən qadın və kişinin yeri müəyyən edilib.

APA-nın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin işçiləri köməksiz vəziyyətdə qalan 1992-ci il təvəllüdlü Kamran Eminov və 1984-cü il təvəllüdlü Nərgiz İbrahimovanı çıxarmağa çalışırlar.

Həmçinin dərəyə düşən təxminən 15 baş qoyunun çıxarılması üçün işlər görülür.

Kamran Eminovun xəsarət aldığı bildirilir.

Xəbər lenti