Xəzər Xəbər

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürət həddi artırılır

Region | 13:50 • 11 Fevral 2019
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürət həddi artırılır

Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunda tələb olunan yerlərdə nəqliyyat vasitələrinin maksimum hərəkət sürətinin aşağı və yaxud yuxarı həddə tənzimlənməsi ilə əlaqədar yol nişanlarının quraşdırılması işlərinə başlanılıb.


AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata əsasən, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 28-101-ci kilometrlik hissəsində 90 kilometr-saat yol nişanları 110 kilometr-saat yol nişanları ilə əvəz edilir. Bu işlər fevralın 12-də axşam saatlarında yekunlaşdırılacaq.


Sürücülərdən işlərin aparıldığı müddət ərzində sözügedən yolda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti