Xəzər Xəbər

İmişlidə avtomobil yolu keçmək istəyən qadını vurub

Region | 09:48 • 13 Yanvar 2019
İmişlidə avtomobil yolu keçmək istəyən qadını vurub

İmişlidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Report”un məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.


Belə ki, "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən Sadıqova Hədiyyə Vəli qızını vurub.


Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan H.Sadıqova daha sonra Bakıya göndərilib.

Xəbər lenti