Xəzər Xəbər

Hacıqabulda “KamAZ” aşdı, yol bağlandı - FOTO

Region | 11:57 • 13 Yanvar 2019
Hacıqabulda “KamAZ” aşdı, yol bağlandı -

Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində "KamAZ” markalı yük maşını qəzaya uğrayıb.

Daş daşıyan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə yük yola dağılıb və avtomobillərin hərəkəti dayanıb.

Hazırda yolda tıxac müşahidə edilir.

Yolun açılması üçün hadisə yerinə qaldırıcı kran və digər texniki vasitələr cəlb edilib.

Qeyd edək ki, məlumatı təhsil eksperti Kamran Əsədov Feysbuk hesabında paylaşıb.

Xəbər lenti

Çox oxunanlar