Xəzər Xəbər

Lənkəranda yük qatarında nasazlıq yaranıb, yol bağlanıb

Region | 15:51 • 18 Yanvar 2018
Lənkəranda yük qatarında nasazlıq yaranıb, yol bağlanıb

Lənkəranda yük qatarının xarab olması yolun bağlanmasına səbəb olub.

Rayonun Qumbaşı kəndində yük qatarı əyləc sistemində yaranan nasazlıq səbəbindən yolda qalıb. Bu da avtomobil yolunun bağlanmasına səbəb olub.

Nəticədə hər iki istiqamətdə avtomobillərin hərəkətində gecikmələr baş verib.

Qatar təmir edildikdən sonra yolda hərəkət bərpa olunub. (APA)

Xəbər lenti

Çox oxunanlar