Xəzər Xəbər

Qonşusunu güllələdi - Şamaxıda

Region | 08:41 • 19 Yanvar 2018
Qonşusunu güllələdi -

Şamaxı rayonunun Acıdərə yaşayış massivində qətl hadisəsi törədilib.

Sabir qəsəbə sakini Ramin Şirbala oğlu çobanlıqla məşğul olan qonşusunu tüfəngdən atəş açaraq qətlə yetirib.

Hadisə mübahisə zəminində baş verib. Qətli törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti