Xəzər Xəbər

Təmir zamanı "KamAz"ın təkəri partlayıb - xəsarət alanlar var

Region | 14:36 • 8 Dekabr 2017
Təmir zamanı "KamAz"ın təkəri partlayıb -

Yevlax rayonunda təmir zamanı "KamAz" markalı yük maşınının təkəri partlayıb.

Hadisə rayonun Malbinəsikəndi ərazisində yerləşən təkər təmiri sexində baş verib.

Belə ki, yük maşınının təkərini təmir edərkən hava sıxlığından təkər partlayıb və dəmir konstruksiyalar ətrafdakılara xəsarət yetirib. Hadisə zamanıüç nəfər - Yevlax rayon sakinləri, 1983-cü il təvəllüdlü Daşqın Meybulla oğlu Sərxoşov, 1987-ci il təvəllüdlü İsmayıl Arif oğlu Cəbrayılov və Beyləqan rayon sakini, 1992-ci il təvəllüdlü Rabil Rubayil oğlu HəsənovYevlax müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı ararşdırmalara başlanılıb. (Report)

Xəbər lenti