Xəzər Xəbər

Lombarda silahlı hücum: xəsarət alan var

Region | 12:35 • 8 Dekabr 2017
Lombarda silahlı hücum:

Salyanda quldurluq hadisəsi baş verib. Lent.az xəbər verir ki, Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən E.Şahsuvarova məxsus lombarda naməlum şəxs basqın edib. Həmin şəxs soyuq silahla lombardın işçisinə xəsarət yetirib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs, Salyan şəhər sakini 1987-ci il təvəllüdlü Abbasov Tural Cəbrayıl oğlu tutulub.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti

Çox oxunanlar