Xəzər Xəbər

Şamaxıda qədim kütləvi məzarlıq aşkar edilib - FOTOLAR

Region | 15:45 • 27 May 2017
Şamaxıda qədim kütləvi məzarlıq aşkar edilib -

Şamaxı rayonunun Dəmirçi kəndindəki "Gəgəli yurdu” deyilən ərazidə qədim məzarlıq aşkar edilib.

Bu barədə kənd sakinləri məlumat verib.

Qazıntıları aparan ekspedisiya qrupu Modern.az-a bildirib ki, məzarlığın 3-4-cü əsrlərə aid olduğu ehtimal edilir.

Tapılan məzarların 2-də gümüş cam da aşkar edilib. Bu qəbirlərdə basdırılan şəxslərin (sərkərdələr olduğu ehtimal edilir) başları həmin gümüş camların içinə, onun isə altına parçalar qoyulub.

Bütün bunlar isə sübut edir ki, bu məzarlıq Azərbaycanda islamdan öncəki tarixə aiddir.

O da bildirilib ki, 65 santimetrlik qılınc da tapılıb. Bundan başqa ərazidə müxtəlif şaxsa qablar, döyüş alətləri və sair aşkar edilib.(modern.az)

1

1

1

1

1

1

1

Xəbər lenti