Xəzər Xəbər

Son 13 ildə selfi çəkdirərkən həyatını itirənlərin sayı açıqlanıb – Hindistan liderdir

Maraqlı | 16:17 • 27 Oktyabr 2021
Son 13 ildə selfi çəkdirərkən həyatını itirənlərin sayı açıqlanıb – Hindistan liderdir
İspaniyada aparılan epidemioloji araşdırma nəticəsində məlum olub ki, 2008-ci ildən etibarən dünyada 379 nəfər selfi çəkərkən həyatını itirib.
 
Araşdırmaya əsasən, son illərdə selfi çəkərkən ölənlərin sayı artıb. Bu ilin əvvəlindən bəri isə 31 nəfər selfi çəkərkən yaşanmış bədbəxt hadisə nəticəsində həyatını itirib.

Siyahıda 100-dən çox ölüm faktı ilə Hindistan ilk pillədə, 39 ölümlə ABŞ ikinci, 33 ölümlə isə Rusiya üçüncü yerdədir. Araşdırmada qeyd olunur ki, Hindistanda ölüm hallarının böyük qismi insanların bədənlərini qatarların pəncərələrindən və ya qapılarından çölə çıxararkən yaşanan qəzalardan sonra baş verib.

379 ölüm hadisəsindən 216-sı selfi çəkərkən yıxılma nəticəsində qeydə alınıb.

 

Bu növ ölümlərin səbəb olduğu ikinci növ hadisələr isə avtomobil və ya qatarda baş verən bədbəxt hadisələrdir.
 
Sonrakı yerdə odlu silah, elektrik cərəyanı vurması və vəhşi heyvanların hücumu nəticəsində qeydə alınan ölüm halları qərarlaşıb. Araşdırma nəticəsində məlum olub ki, selfi çəkdirərkən dünyasını dəyişənlərin üçdə biri turistdir.

Ümumilikdə dünyasını dəyişənlərin 41 faizinin yaşı 19-dan aşağı, ümumi olaraq orta yaş həddi isə 24,4 olub./Sfera.az 

 
 

Xəbər lenti