Xəzər Xəbər

Bu peyvənddən vurduranlara viza verilməyəcək ŞOK QƏRAR

Maraqlı | 17:13 • 26 Fevral 2021
Bu peyvənddən vurduranlara viza verilməyəcək

Avropa İttifaqı “Rəqəmsal Peyvənd Pasportu” mövzusunu 2 aylıq müzakirələrdən sonra yekunlaşdırıb.

Ötən gün keçirilən 4,5 saatlıq Aİ zirvəsində Çin istehsalı peyvənd vurduranlara “Şengen” vizası verilməyəcəyi barədə qərar qəbul edilib.

27 üzv ölkənin liderləri “Rəqəmsal Peyvənd Pasportu”nu “Aİ tərəfindən qəbul edilən, Aİ-dən təsdiq alan peyvəndlər” (ein EU-weit akzeptiertes Zertifikat für Impfungen, Immunität und Negativ-Tests) qaydasına tabe edib.

Pasportun yay aylarından etibarən tətbiqinə başlanılacaq. İlkin mərhələdə peyvənd pasportu ilə birgə beynəlxalq səviyyədə tanınan “İmmunitet qazanılıb” sənədi və ya “Neqativ PZR testi” də tələb olunacaq. “Rəqəmsal Peyvənd Pasportu”na sahib olmayanlar bu 2 qaydadan birini yerinə yetirərək Aİ-yə daxil ola biləcək. Amma bir müddət sonra bunların yerinə tamamilə pasportun keçərli olması gözlənilir.

Qeyd edək ki, Çin istehsalı peyvəndlər Avropa tərəfindən təsdiq edilməyib. Çində peyvənd istehsalçıları da ittifaqın təsdiqi üçün müraciət etməyib. Rusiya Çindən fərqli olaraq, öz peyvəndlərinin qəbulu üçün Aİ-nin EMA təsdiq qurumuna müraciət ünvanlayıb.

Almaniya kansleri Angela Merkel zirvədən sonrakı açıqlamasında Avropa Şurasında “Rəqəmsal Peyvənd Pasportu”na ehtiyac olduğu mövzusunda razılığa gəlindiyini bildirib. Lakin peyvənd sənədlərinin səyahət üçün əsas qayda olması mövzusunda hələ ki, siyasi qərar olmadığını da dilə gətirib.

Bu, siyasi qərar olmadığı müddətdə Aİ-dən kənar və risk bölgəsi elan olunan ölkələrə vizaların açılması çətin hesab olunur.

Bu arada, Aİ daxilində peyvəndləmənin asta irəliləməsi böyük mübahisələr doğurub.

Xatırladaq ki, Azərbaycan da Çin istehsalı peyvənddən istifadə edir./publika.az

Xəbər lenti