Xəzər Xəbər

Alimlər: Gələcəyin silahı qorxunc olacaq

Maraqlı | 17:31 • 22 Noyabr 2017
Alimlər:

Tanınmış alimlər yaxın gələcəklə bağlı qeyri-adi video yayımlayıblar. Video yüksək texnologiyalar sayəsində insanların həyatının necə kabusa çevrilə biləcəyini nümayiş etdirir. Alimlər süni intellektlə təchiz edilən kiçik dron-qatilləri göstəriblər.

Video ilk dəfə Cenevrədə Birləşmiş Millətlər Təşkilatının müasir silah növlərinə həsr olunmuş toplantısının iştirakçılarına nümayiş etdirilib. Video gələcəyin "ağıllı” silahının nə dərəcədə qorxunc ola biləcəyini əks etdirir. Videoda göstərilən bütün texnologiyalar artıq mövcuddur. Onları yalnız bir qədər miniatürləşdirmək və bir yerə toplamaq lazımdır. Videonun əsas qəhrəmanları öz qurbanlarını yüksək dəqiqliklə tanıyan və sözün əsl mənasında onların başlarına girərək partlayan kiçik dronlardır. Onlar qurbanı izləyir, zəruri olduqda məkana girmək üçün pəncərələrdə dəliklər açır və bir çox digər funksiyaları yerinə yetirir.

Alimlər belə qətllərin bir neçə ildən sonra reallığa çevriləcəyinə əmindirlər. Lakin bütün bunlar yalnız elmi fantastika olaraq qalır.

Xəbər lenti