Xəzər Xəbər

Neftin qiyməti yüksələ bilər

OPEC+ ölkələri neft hasilatını azalda bilərlər
İqtisadiyyat | 14:06 • 3 Oktyabr 2022
Neftin qiyməti yüksələ bilər

Oktyabrın 5-də OPEC+ ölkələrinin Vyanada növbəti toplantısı keçiriləcək. Mətbuata sızan məlumatlara görə, iclasda gündəlik hasilatın bir milyon barel azaldılması barədə qərar qəbul edilə bilər.

Xezerxeber.az xəbər verir ki, hasilatın azaldılması fikri dünya bazarlarında xam neftin qiymətinin düşməsi ilə əlaqələndirilir. Təklifin aşağı düşməsinin qiymətlərə müsbət təsir göstərəcəyi ehtimal olunur.

Əgər hasilatın həcminin göstərilən miqdarda azaldılması barədə qərar verilərsə, bu, koronavirus pandemiyası başlayandan ən böyük həcmdə ixtisar ola bilər.

Xəbər lenti