Xəzər Xəbər

Bakıda yüksək təzyiqli yeraltı qaz xəttində sızma baş verib VİDEO

İqtisadiyyat | 19:26 • 11 İyun 2021
Bakıda yüksək təzyiqli yeraltı qaz xəttində sızma baş verib

Bakıda yerin altından keçən yüksək təzyiqli yeraltı qaz xəttində  sızma yaranıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Nüsrət Məmmədov küçəsində baş verib.

Yaxınlıqda yaşayan sakinlər bildiriblər ki, belə bir problem onların həyatı üçün təhlükə yaradır.

''Azəriqaz'' İstehsalat Birliyinin Xəzər rayonu üzrə Texniki istismar xidmətinin əməkdaşları problemin qarşısını almaq üçün əraziyə gəliblər.

Texniki istismar xidmətinin rəisi Mikayıl Mehdiyev deyib ki, ərazidə yenidənqurma işləri çərçivəsində torpaq altında olan qaz xətləri ləğv edilərək, yeni yerüstü qaz xətləri çəkilir. Köhnə qaz xəttində yaranan problemə gəldikdə isə, qurum rəsmisi bildirib ki, problemdən xəbərdardrılar və sakinlərin qazsız qalmaması üçün işi bu günə saxlayıblar.

Qeyd edək ki, qaz borusu qaynaq edildikdən sonra sızmanın qarşısı tam alınıb. Sakinlərə mavi yanacağın verilməsində isə heç bir problem olmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti