Xəzər Xəbər

ABŞ Azərbaycan, Gürcüstan və Türkiyədəki nəqliyyat layihələri ilə maraqlanır

İqtisadiyyat | 17:34 • 29 Aprel 2021
ABŞ Azərbaycan, Gürcüstan və Türkiyədəki nəqliyyat layihələri ilə maraqlanır

Bu gün ABŞ-ın Kommersiya Departamentinin təşkilatçılığı ilə “Avrasiyanın birləşdirlməsi: Ağıllı limanlar və dəmiryol forum”u (“Connecting Eurasia: Smart Ports and Rail Forum”) işə başlayıb.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Virtual tədbirdə dəniz və dəmir yolu sektorlarında müasir texnologiyaların istifadə imkanları və ABŞ, həmçinin beynəlxalq maliyyələşdirmə alətləri müzakirə olunur. Forumda həmçinin Gürcüstan, Azərbaycanvə Türkiyənin nəqliyyat dəhlizlərinin inkişafı, həmçinin bu ölkələrdə həyata keçirilən infrastruktur layihələr də nəzərdən keçirilir.

Gürcüstanı forumda iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Genadi Arveladze təmsil edib. O çıxışında deyib ki, Gürcüstan hökuməti liman və dəmir yolu infrastrukturunu inkişaf etdirir, yeni texnologiyalar tətbiq edir, ölkə üzərindən keçən tranzit marşrut barədə beynəlxalq ictimaiyyəti məlumatlandırır və yeni tranzit yüklər cəlb edir.

Nazir müavini təhlükəsiz, etibarlı və effektiv nəqliyyat əməliyyatlarının təmin olunmasında rəqəmsal texnologiya və həllərin önəmli rolundan da danışıb. O, forum iştirakçılarını Gürcüstan limanlarında bir pəncərə prinsipinin tətbiqi və nəqliyyat dəhlizinin rəqəmsallaşdırılması ilə bağlı atılan addımlar barədə də məlumatlandırıb.

Tədbirin təşkilinə ABŞ-ın Gürcüstan, Azərbaycan və Türkiyədəki səfirlikləri də dəstək verib./report

Xəbər lenti

Çox oxunanlar