Xəzər Xəbər

Koronavirus əleyhinə vaksinə 157 milyard dollar xərclənəcək - HESABAT

İqtisadiyyat | 18:33 • 29 Aprel 2021
Koronavirus əleyhinə vaksinə 157 milyard dollar xərclənəcək - HESABAT

2025-ci ilə qədər dünyada koranavirus (COVID-19) əleyhinə vaksinə 157 milyard ABŞ dolları xərclənəcək.

Bu barədə ABŞ-da səhiyyə sektoru üçün məlumat və analiz xidmətləri göstərən “IQVIA Holding”in hesabatında bildirilir.

Sənədə əsasən, həmin məbləğin 54 milyard dolları bu ilin payına düşəcək.

"Dünyada vaksinasiya hər iki ildən bir təkrarlanacaq. 2022-ci ilin sonuna qədər dünya əhalisinin 70%-i vaksinasiya olunacaq", - deyə hesabatda qeyd olunub./report

Xəbər lenti