Xəzər Xəbər

Diri çəkidə ət istehsalı 3,4 faiz artıb

İqtisadiyyat | 12:10 • 23 İyun 2018
Diri çəkidə ət istehsalı 3,4 faiz artıb

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 195,3 min ton olub.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, bu dövr ərzində süd istehsalı 1,4 faiz artaraq 829,1 min ton, yumurta istehsalı 0,3 faiz artaraq 741,8 milyon ədəd, yun istehsalı isə 1,5 faiz azalaraq 11,8 min ton təşkil edib.


Həmçinin kənd təsərrüfatının ümumi məhsulu 8,5 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 52,0 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,5 faiz artıb.

Xəbər lenti