Xəzər Xəbər

Nazir “Aqrolizinq”lə bağlı tapşırıq verdi - FOTO

İqtisadiyyat | 17:25 • 11 May 2018
Nazir “Aqrolizinq”lə bağlı tapşırıq verdi -

Bugün Kənd Təsərrüfatı Nazirliyində nazir İnam Kərimov və "Aqrolizinq” ASC -nin regional nümayəndəlklərinin iştirakı ilə toplantı keçirilib.

Bu barədə nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumatda bildirilib.

Toplantını açan İ.Kərimov fermerlərlə ən çox təmasda olan və onları dinləyən qurumun Aqrolizinq olduğunu diqqətə çatdırıb: "Onlar idarəçiliyi düzgün qurmalı, fəaliyyətləri çevik və operativ olmalıdır. Pambıq və taxıl məhsulları ölkəmiz üçün prioritet sahələrdir. Onların vaxtında və itkisiz yığılması məsuliyyəti məhz "Aqrolizinq”in üzərinə düşür. "Aqrolizinq”lə fermer və sahibkarlar arasındakı ünsiyyət qarşılıqlı dialoq üzərində qurulmalıdır. Bunlar bizim əsas fəaliyyət prinsiplərimizdir”.

Nazir bildirib ki, taxil biçini başlamazdan əvvəl bir sıra işlər görülməlidir: ""Aqrolizinq” ASC-nin qarşısına qoyulan əsas vəzifələr - mövcud texnikalar mövsumlə bağlı tam işlək vəziyyətə gətirilməli, taxıl yığımı səmərəli təşkil olunmalı, kombaynların dislokasiyası müəyyən edilməli, tarlada texnikalar sürtkü yağları və yanacaqla təmin olunmalıdır. Eyni zamanda, maliyyə nizam- intizamına, şəffaflığa və dövlət vəsaitinə ciddi nəzarət olunmalıdır”.



Xəbər lenti