Xəzər Xəbər

Ən böyük iqtisadi beşlik dəyişdi​

İqtisadiyyat | 15:30 • 23 Noyabr 2017
Ən böyük iqtisadi beşlik dəyişdi​

Böyük Britaniya dünya iqtisadiyyatları arasında altıncı yerdədir.

Bunu Böyük Britaniyanın maliyyə naziri Filip Hammond deyib. Bununla da Britaniya ən iri beş iqtisadiyyatı olan ölkələr sırasından çıxıb. Fransa Britaniyanı 2013-cü ildən beşinci olduğu pillədən sıxışdırıb.

Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, ilk beşliyin sıralaması belədir: ABŞ, Çin, Yaponiya, Almaniya və Fransa. F. Hammond qeyd edib ki, Böyük Britaniyanın iqtisadiyyatı dünyada böyüklüyünə görə altıncıdır, London isə əsas beynəlxalq maliyyə mərkəzi olaraq qalır.

Xəbər lenti