Xəzər Xəbər

Florentino Peres Superliqadan danışdı

Florentino Peres: Superliqa ölməyib, layihə üzərində işləyəcəyik
İdman | 10:31 • 22 Aprel 2021
Florentino Peres Superliqadan danışdı

İspaniyanın "Real Madrid" klubunun və Avropa Super Liqasının prezidenti Florentino Peres turnirin hazırkı vəziyyətindən danışıb.

74 yaşlı funksioner Superliqanın ölmədiyini bildirib.

Peres hazırda gözləmə rejimində olduqlarını sözlərinə əlavə edib: "Layihə üzərində işləyəcəyik. 12 təsisçi klubun hamısı eyni müqavilələri imzalayıb. Heç bir klub Superliqanı tərk etdiyi üçün təzminat ödəməyib. Rəsmi olaraq hələ heç kim çıxmayıb. Düşünürəm ki, İngiltərədəki altı klubdan biri bu layihədən əmin deyildi. Məhz bu məqam qalan komandalar üçün yoluxucu oldu. Çox kədərlənirəm. Ola bilsin, biz Superliqa layihəsini düzgün izah etməmişdik".

Qeyd edək ki, İspaniyanın "Barselona" və "Real Madrid"dən başqa 10 klub Superliqadan ayrıldığını açıqlayıb.

 

Xəbər lenti

Çox oxunanlar