Xəzər Xəbər

Poqbanın yeni klubu bəlli oldu - RƏSMİ

İdman | 15:23 • 18 May 2020
Poqbanın yeni klubu bəlli oldu - RƏSMİ

Florentin Poqba karyerasını Fransa Liqa 2-də çıxış edən "Soşo" klubunda davam etdirəcək.


"Soşo"nun rəsmi saytı xəbər verir ki, növbəti həftə tibbi müayinədən keçdikdən sonra qvineyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanacaq.


Florentin "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın böyük qardaşıdı. 29 yaşlı futbolçu daha öncə "Atlanta Yunayted", "Gənclərbirliyi", "Sedan" və "Sent-Etyen" klublarında forma geyib./Fanat.Az

Xəbər lenti