Xəzər Xəbər

Fabio Kapello Holandın keçməli olduğu klubun adını açıqladı

İdman | 15:27 • 18 May 2020
Fabio Kapello Holandın keçməli olduğu klubun adını açıqladı

Məşhur italiyalı çalışdırıcı Fabio Kapello Dortmund "Borussiya"sının ulduz hücumçusu Erlinq Holandın keçməli olduğu klubun adını açıqlayıb.


"Sky Sport Italia" xəbər verir ki, "Milan", "Yuventus" və "Real"ın baş məşqçisi olmuş mütəxəssis 19 yaşlı futbolçu üçün "Liverpul"u ən yaxşı variant saydığını deyib:


"Holand İngiltərə çempionatında özünü əla hiss edər. Gənc hücumçunun keyfiyyətləri Premyer Liqa səviyyəsinə tam cavab verir. Sürəti, dözümlülüyü, oyunboyu rəqib qapıçını gərginlikdə saxlaması çox böyük üstünlüklərdi. Yürgen Kloppun çalışdırdığı "Liverpul"a getsə, bir qədər də "artırar". Klopp belə futbolçulardan necə istifadə etmək lazım olduğunu yaxşı bacarır".


Holand ötən həftə bərpa edilən Bundesliqada fasilədən sonra ilk qolu vurub. İstedadlı forvard "Şalke 04"lə görüşdə (4:0) komandasının ilk qoluna imza atmaqla yanaşı, məhsuldar ötürmə ilə də yadda qalıb.


Fanat.Az

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024

Çox oxunanlar