Xəzər Xəbər

"Qalatasaray" iki ulduz futbolçu transfer edir

İdman | 17:56 • 30 Oktyabr 2019
"Qalatasaray" iki ulduz futbolçu transfer edir

Mövsümün əvvəlində istənilən səviyyədə çıxış etməyən "Qalatasaray" heyətində dəyişikliklərə hazırlaşır.


Baş məşqçi Fatih Terimin göstərinşindən sonra klub rəsmiləri bəzi futbolçuların menecerləri ilə danışıqlara başlayıb. Bunlardan ikisinin adı bəllidi.


Bunlardan biri ötən mövsüm icarə əsasında komandada çıxış edən Henri Onyekurudu. "Qalatasaray" bu futbolçunu ötən mövsüm "Everton"dan icarəyə ötürmüşdü. Nigeriyalı futbolçu komandadan heyətində keçirdiyi 44 oyunda 16 qol vurmuş və 6 məhsuldar ötürmə etmişdi. İstanbul klubu bu yay onun transfer hüququnu almaq istəsə də, maliyyə məsələlərində "Everton"la anlaşa bilməmişdi. Nəticədə Onyekuru 13,5 milyon avroya "Monako"ya transfer olunmuşdu.


Fransada istədiyi səviyyədə çıxış edə bilməyən və bir müddətdi zədə səbəbindən ehtiyatda qalan nigeriyalı forvard yenidən "Qalatasaray"ın transfer siyahısındadı və türklər onu icarəyə götürmək niyyətindədi. 22 yaşlı futbolçu özü də İstanbula qayıtmaq istəyir.


"Qalatasaray"ın hədəfindəki digər ulduz Hakan Çalhanoğludu. İstanbul klubu onu Yunes Belhandanın yerinə - 10 nömrə mövqeyinə transfer etmək istəyir.


"Qalatasaray" bu futbolçu üçün yayda "Milan"a 6 milyon avro təklif etmişdi. Amma italyanlar 2017-ci ildə 23,3 milyon avroya aldıqları futbolçunu bu qiymətə satmaqdan imtina etmişdi. "Cim-Bom" yaxın günlərdə "Milan"a yeni təkliflə müraciət etməyə hazırlaşır.


Onyekuru və Çalhanoğlunu transfer etmək istəyən "Qalatasaray" Belhandanı qışda 11 milyon avroya "Əl-İttihad"a satmaq istəyir. İstanbul klubu bu yolla həm Çalhanoğlununun transfer, həm Onyekurunun icarə haqqını ödəyəcək.


Fanat.Az

Xəbər lenti