Xəzər Xəbər

Bu gün futbol üzrə Azərbaycan çempionatının 19-cu turuna start veriləcək

İdman | 13:55 • 2 Mart 2019
Bu gün futbol üzrə Azərbaycan çempionatının 19-cu turuna start veriləcək

Martın 2-də futbol üzrə Azərbaycan çempionatının 19-cu turuna start veriləcək.

Xezerxeber.az xəbər verir ki, turun oyunları iki günü əhatə edəcək. Tura 16:00-da başlayacaq "Səbail”–

"Sumqayıt” oyunu ilə start veriləcək. Qarşılaşmanı Səbuhi Bayramov idarə edəcək.

On doqquzuncu turun birinci gününə saat 18:30-da başlayacaq "Neftçi” – "Sabah” matçı ilə yekun vurulacaq. Görüşün baş hakimi Vüqar Həsənli olacaq.

Martın 3-də saat 15:00-da "Zirə” klubu "Qəbələ” ilə üz-üzə gələcək. Matçın idarə olunması İnqilab Məmmədova həvalə edilib.

Turun sonuncu qarşılaşması "ASK Arena”da oynanılacaq. Sonuncu çempion "Qarabağ” komandası "Keşlə”nin qonağı olacaq. Saat 17:30-da start götürəcək oyunda baş hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Turun bütün görüşləri "CBC Sport” televiziyası ilə birbaşa yayımlanacaq.

Qeyd edək ki, 18 turdan sonra turnir cədvəlində iki hakimiyyətlilik yaranıb. Aktivlərində 38 xal olan "Neftçi” və "Qarabağ” birinci və ikinci yerləri bölüşürlər. "Səbail” klubu 30 xalla üçüncü, 24 xalı olan "Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq, "Sabah” (21), "Zirə” (17), "Keşlə” (16) və "Sumqayıt” (15) yer alıblar.

Xəbər lenti