Xəzər Xəbər

“Qalatasaray” üçün ÖLÜM-QALIM YOLU

İdman | 17:44 • 5 Noyabr 2018
“Qalatasaray” üçün

Türkiyənin Çempionlar Liqası qrup mərhələsindəki yeganə təmsilçisi "Qalatasaray” növbəti çətin sınağına hazırlaşır.

D qrupunda mübarizə aparan "cimbom” mövsümün 4-cü qarşılamasında Ukraynanın "Şalke” komandası ilə qarşılaşacaq.

Qrup mərhələsi

"Qalatasaray” "Şalke” ilə evində keçirdiyi oyunda rəqibini məğlub edə bilmədiyinə görə səfər oyununda qalibiyyət üçün vuruşacaq.

Türkiyə təmsilçisi qrupdakı ilk matçında "Lokomotiv Moskva”nı məğlub etmiş, ikinci matçda isə səfərdə "Porto”ya məğlub olmuşdu. Son matçda "Şalke” ilə bərabərə razılaşan İstanbul komandası bu nəticələrlə qrupda 4 xalla 3-cü yerdə qərarlaşıb.

Almaniya Bundesliqada italiyalı baş məşqçi Domeniko Tedeskonun rəhbərliyi altında pis günlər yaşayan "Şalke” Çempionlar Liqası qrup mərhələsində ilk matçında "Porto” ilə 1 qolluq bərabərə razılaşmışdı. Alman klubu ikinci matçda "Lokomotiv Moskva”nı 1 qolla məğlub edərək 3 xalı qazanıb. Üçüncü matçda "Qalatasaray” qarşısında qalibiyyəti əldən verən "Şalke” bu nəticələrlə qrupda ikinci sırada qərarlaşıb.

Komandalar 4-3 geridə başlayacaq

"Qalatasaray”da hazırda 4 zədəli futbolçu var. Əməliyyat edilən Emre Akbaba ilə Yuqo Naqatomo mübarizədə yer almayacaq. Eren Derdiyok ilə Fernando Reqesin iştirak edib-etməyəcəyi isə sual altındadır.

"Şalke”də isə 3 futbolçu "Qalatasaray”a qarşı forma geyinməyəcək. "Ağ-mavi”lilərdə qapıçı Ralf Farman, müdafiəçi Həmzə Mendil və hücumçu Sedrik Tuçert zədəlidir.

Çətin sınağa şotlandiyalı hakim

Qarşılaşma Bakı vaxtilə 7 noyabr saat 00:00-da "TürkTelekom Arena”da başlayacaq. Matçı şotlandiyalı baş hakim Uilyam Kollum idarə edəcək. Onun köməkçiləri Devid Makqeyçi ilə Qreym Stüart olacaq. Endryu Dallas ilə Nikolas Vals isə əlavə yardımçı hakim vəzifəsini üstlənəcək. Mübarizənin 4-cü hakimliyi Frensis Konnora tapşırılıb.

"Qalatasaray”ın Çempionlar Liqası heyəti:

Qapıçılar: Fernando Muslera, İsmail Çipe

Müdafiəçilər: Mariano Ferreyra, Meykon Rokue, Sərdar Əziz, Əhməd Çalıq, Martin Linnes, Ömər Bayram, Yuto Naqatomo

Yarımmüdafiəçilər: Səlcuq İnan, Younes Belhanda, Rayn Donk, Badou Ndiaye, Emre Akbaba, Fernando Reqes, Sofiane Feqouli, Gerry Rodriqes

Hücumçular: Eren Derdiyok, Sinan Gümüş, Henri Onyekuru, Muğdat Çəlik

"Şalke”nin Çempionlar Liqası heyəti:

Qapıçılar: Ralf Fahmann, Yannik Lenze, Aleksandr Nübel

Müdafiəçilər: Həmzə Mendil, Matiya Nastasik, Sebastian Rudi, Əbdül Baba Rəhman, Səlif Sane, Ronaldo Naldo, Niklas Viemann

Yarımmüdafiəçilər: Ueston Makkeyn, Ömər Maskarel, Suat Sərdar, Nabil Bentaleb, Yeven Konoplyanka, Bencamin Stambouli, Daniel Caliqiuri, Amine Harit, Yannis Kübler, Alessandro Şhöpf, Bencamin Qoller

Hücumçular: Mark Ut, Franko Di Santo, Əhməd Qutucu, Guido Burqstaller, Stiven Skrzibski, Sedrik Tuşert, Bril Embolo.

Çempionlar Liqası

Qrup mərhələsi

4-cü tur

"Şalke” – "Qalatsaray”

7 noyabr, saat 00:00

Baş hakim: Uilyam Kollum

Almaniya, "Veltins-Arena” stadionu

Xəbər lenti