Xəzər Xəbər

Futbolçu satışından ən çox qazanan klublar SİYAHI

İdman | 17:46 • 5 Sentyabr 2018
Futbolçu satışından ən çox qazanan klublar

2010-2018-ci illərdə futbolçu satışından ən çox gəlir əldə edən klubların siyahısı açıqlanıb.


İsveçrənin "CIES Football Observatory” şirkətinin hesabatına əsasən, bu müddətdə ən çox qazanan klub "Monako" olub. Fransa klubu futbolçu satışından 950 milyon avro qazanıb.


Knyazlıq təmsilçisini "Liverpul" izləyir. İngiltərə klubunun gəliri 683 milyon avro olub. Onları 680 milyonla "Roma”, 628 milyonla "Barselona” və 625 milyonla "Real" izləyir.




Fanat.Az

Xəbər lenti