Xəzər Xəbər

İbrahim Şehiç `Qarabağ`dan niyə gedir? SƏBƏB

İdman | 10:30 • 25 May 2018
İbrahim Şehiç `Qarabağ`dan niyə gedir?

Xəbər verdiyimiz kimi, "Qarabağ” futbol klubunu 9 futbolçu tərk edib. Onların arasında qapıçı İbrahim Şehiç də var.

XəzərXəbər-in məlumatına görə, Şehiçin komandanı tərk etməsilə bağlı Rəşad Sadıqov "Report”a verdiyi müsahibədə deyib:

"Bu, Şehiçə gələn təkliflə bağlıdır. Sadəcə, artıq rəqabət aparmaq da olmur. "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib. Çempionlar Liqasında çıxış etdiklərindən, hamıya təkliflər var. Pul söhbəti deyil. Hamısı gözüyaşlı gedir. Deyirlər ki, getmək, ayrılmaq istəmirik, amma bu da həyatımızın şansıdır. Bu cür komandadan, belə ölkələrdən təklif gəlir. Heç birini qınamaq olmur. Çünki elə təkliflər gəlir ki, "yox" demək olmur. Özünüz də onun necə kluba gedəcəyini görəcəksiniz”.

Xəbər lenti