Xəzər Xəbər

Levandovski hamını qabaqladı Millimizdən ən yaxşı Əfran İsmayılov oldu

İdman | 14:13 • 15 Noyabr 2017
Levandovski hamını qabaqladı

DÇ-2018-inseçmə və pley-off mərhələsininAvropa zonasında ən çox qol vuran və assist edən futbolçularının yekun siyahısı açıqlanıb.

Seçmə mərhələni Polşa millisinin hücumçusu Robert Levandovski 16 qolla bombardir kimi başa vurub. Ondan 1 qol geri qalan Portuqaliya millisinin üzvüKriştiano Ronaldo ikinci, Kristian Eriksen (Danimarka) və Romelu Lukaku (Belçika) hərəyə 11 qolla 3-4-cü pillələrdə qərarlaşıblar.

Seçmə mərhələdə ən çox assist edən futbolçu Almaniya millisinin yarımmüdafiəçisi olan Coşua Kimmix olub. Gənc futbolçu9 qol ötürməsi verib. Dris Mertens (Belçika), Duşan Tadiç (Serbiya), Miralem Pyaniç (Bosniya və Herseqovina), Tomas Müller (Almaniya) və Tomas Münyenin(Belçika) aktivlərində 7 assist var.

Seçmə mərhələdə iştirak edən millimizin heyətində ən yaxşı göstərici Əfran İsmayılova məxsusdur. "Qarabağ"ın yarımmüdafiəçisi tsikldə 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Çox oxunanlar