Xəzər Xəbər

Bakıda zəncirvari qəzada 3 avtomobil yandı FOTOLAR

Həlak olan var
Hadisə | 11:00 • 3 Yanvar 2023
Bakıda zəncirvari qəzada 3 avtomobil yandı
Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində 3 nəqliyyat vasitəsi toqquşub. Xezerxeber.az-ın məlumatına görə, Qobustanda mişar daşı dağıyan "Kamaz" markalı yük avtomobili yanacaqdaşıyan avtomobillə toqquşub.
Zəncirvari qəzada minik avtomobili də iştirak edib. Qəza zamanı əvvəlcə yanacaqdaşıyan avtomobildə yanğın baş verib. Sonra yanğın digər avtomobillərə keçib. Beləliklə, hər üç avtomobil yanğın olub və nəqliyyat vasitələri yararsız vəziyyətə düşüblər. Avtomobillərin görüntüləri FHN-in yaydığı fotoşəkillərdə əks olunub.  
Qeyd edək ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb. Hadisə nəticəsində, ilkin məlumata əsasən, bir nəfər həlak olub. 
Xezerxeber.az hadisə ilə bağlı fotoları təqdim edir:

Xəbər lenti