Xəzər Xəbər

Göygöldə 10 yaşlı uşaq FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Hadisə | 11:47 • 12 Avqust 2022
Göygöldə 10 yaşlı uşaq FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Avqustun 11-i saat 16 radələrində Göygöldə 10 yaşlı oğlanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

XəzərXəbər Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində baş verib.

“VAZ 2106” markalı avtomobil qəfil yola çıxan 2012-ci il təvəllüdlü Cəfərov Elmir Raqif oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Göygöl RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti