Xəzər Xəbər

Polis Göyçayda əməliyyat keçirdi - SAXLANILAN VAR

Hadisə | 11:40 • 12 Avqust 2022
Polis Göyçayda əməliyyat keçirdi - SAXLANILAN VAR
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat keçirilib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər də narkotiklərin satışı və saxlanmasına görə, ümumilikdə iki dəfə məhkum olunmuş Elvin Həsənov şübhəli şəxs qismində saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib. E.Həsənov ifadəsində həmin narkotiki sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla aldığını bildirib.
 
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elvin Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti