Xəzər Xəbər

Üç nəfər dənizdə batma təhlükəsi ilə üzləşib

Hadisə | 09:02 • 25 İyun 2022
Üç nəfər dənizdə batma təhlükəsi ilə üzləşib

“Qızılqum”, “Görədil” və “Şüvəlan” sularında xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində batma təhlükəsində olan üç nəfərin həyatı xilas olunub.

Xəbər lenti