Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Hadisə | 11:11 • 3 Dekabr 2021
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) dekabrın 2-də qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 51 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 30 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 76 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.

Xəbər lenti