Xəzər Xəbər

Bakıda daha bir müəllim koronavirusdan vəfat etdi

Hadisə | 18:03 • 15 Aprel 2021
Bakıda daha bir müəllim koronavirusdan vəfat etdi

Bakı şəhəri, Xətai rayonu, Tahir Bağırov adına 59 №-li tam orta məktəbin rus dili və ədəbiyyat müəllimi Pəri Məmmədova vəfat edib.

Koronavirusa yoluxan 63 yaşlı P.Məmmədova bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Pəri Məmmədova 1958-ci il iyulun 19-da anadan olub. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. 1992-ci ildən əmək fəaliyyətinə başlayıb.

Allah rəhmət eləsin!

Xəbər lenti