Xəzər Xəbər

Bakı sakini bıçaqlanıb, pulu və avtomobili əlindən alınıb

Hadisə | 14:28 • 24 Mart 2021
Bakı sakini bıçaqlanıb, pulu və avtomobili əlindən alınıb

Bakı sakinini bıçaqlayaraq pulunu və avtomobilini alan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, Təhlükəsiz Şəhər Xidməti, Abşeron Rayon Polis Şöbəsi və Nəsimi Rayon Polis İdarəsinin  21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 5-də Bakı şəhər sakini X.Məmmədova bıçaqla xəsarət yetirib 300 manat pulunu və “Mercedes” markalı avtomobilini almaqda və həmin avtomobilin üzərinə başqa dövlət qeydiyyat nişanlarını bağlamaqda şübhəli bilinən Q.Nəsirov martın 23-də Nəsimi rayonu ərazisində sərnişinləri ilə birgə saxlanılıb.

Xəbər lenti

Çox oxunanlar