Xəzər Xəbər

Sabirabadda yanğın zamanı ev sahibi xəsarət aldı

Hadisə | 11:29 • 21 Mart 2021
Sabirabadda yanğın zamanı ev sahibi xəsarət aldı

Sabirabad rayonunda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

Rayonun Qaratəpə kəndində baş verən yanğın zamanı ev sahibi, 1964-cü il təvəllüdlü İbrahimov Rauf Sədirxan oğlu yanıq xəsarətləri alıb.

Qeyd edək ki, hadisə R.İbrahimova məxsus tikintisi hələ başa çatmayan fərdi yaşayış evində olub.

Faktla bağlı araşdırma aparılır.

***

Sabirabad rayonunda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Qaratəpə kəndində ümumi sahəsi 104 m² olan tikintisi başa çatmayan kürsülü birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə, 1 otağının tavanı 10 m² sahədə və döşəməsi 3 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./report

Xəbər lenti