Xəzər Xəbər

Yoxa çıxan 20 yaşlı qızın meyiti tapıldı

Türkiyənin İzmir vilayətində 15 fevral tarixində itkin düşmüş 20 yaşlı qızın meyiti tapılıb.
Hadisə | 09:43 • 20 Fevral 2021
Yoxa çıxan 20 yaşlı qızın meyiti tapıldı

12 fevralda Menderes qəsəbəsindəki ata evini tərk edən Ayşe Nazlı Kınacının cəsədi Yarentepe adlanan ərazidəki meşəlikdə tapılıb. Gənc qızın boğularaq öldürüldüyü və meyitinin meşəliyə atılaraq üstünün otla örtüldüyü məlum olub.

Bildirilir ki, polis 20 yaşlı qızın sevgilisindən şübhələnsə də, hadisənin əslində onun yeni tanış oduğu digər şəxs tərəfindən törədildiyi üzə çıxıb. Belə ki, gənc qızın bir neçə gün əvvəl tanış olduğu T.İ adlı şəxsin maşınına əyləşdiyi məlum olub. Abvtomobil sahibi saxlanıldıqdan sonra qızı tanıdığını, onunla parkda tanış oduğunu və mübahisə zəminində qətlə yetirdiyini etiraf edib./publika.az

Xəbər lenti