Xəzər Xəbər

Polis bu şəxslə bağlı əhaliyə müraciət etdi

Bakı şəhərində sərnişin avtobuslarinda cibgirlik edən şəxs saxlanılıb.
Hadisə | 15:42 • 19 Fevral 2021
Polis bu şəxslə bağlı əhaliyə müraciət etdi

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayətləri etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tərlan Babayev tutulub. Araşdırma zamanı onun əsasən insanların avtobusda və dayanacaqlarda sıx olduğu vaxtlarda həmin nəqliyyat vasitələrinə sərnişin kimi daxil olaraq oğurluqlar etdiyi məlum olub.

Polis idarəsində saxlanılan şəxsin üzərinə baxış zamanı cibgirlik yolu ilə ələ keçirdiyi mobil telefonlar və 1 büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. T.Babayev barəsində Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

"Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis orqanlarına və ya nazirliyin 102 xidmətinə məlumat verə bilərlər",- deyə DİN-dən bildirilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti