Xəzər Xəbər

Gədəbəydə polis əməkdaşları sakinlərə maska payladı

Hadisə | 18:04 • 11 May 2020
Gədəbəydə polis əməkdaşları sakinlərə maska payladı

Gədəbəydə polis əməkdaşları sakinlərə maska paylayıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, karantin rejiminin qaydalarına riayət olunması məqsədilə GədəbəyRayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində insanların sıx toplaşdığı bank, poçt məntəqələrinin və digər idarələrin qarşısında sosial məsafənin təmin olunmasına nəzarət edir.

Polis əməkdaşları sakinlərəxüsusi karantin rejiminin tələblərini izah edib, ara məsafəsinin qorunmasını xatırladıb və onlara tibbi maska paylayıblar.

Xəbər lenti