Xəzər Xəbər

Bakıda avtobus qadın piyadanı vurub

Hadisə | 09:40 • 10 Yanvar 2019
Bakıda avtobus qadın piyadanı vurub
Bu gün səhər saatlarında paytaxtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


XəzərXəbər xəbər verir ki, Nəsimi rayonu ərazisində, "28 Mall" ticarət mərkəzinin yaxınlığında hərəkət edən 85 nömrəli marşrut avtobusu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən qadını vurub. Avtobus aşağı sürətlə hərəkət etdiyindən qadın yüngül xəsarət alıb. Yaxınlıqdakı insanlar ona yardım ediblər.

Xəbər lenti