Xəzər Xəbər

Azərbaycanda 20 yaşlı oğlan cəsarətinin qurbanı oldu – FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Hadisə | 13:14 • 27 Noyabr 2018
Azərbaycanda 20 yaşlı oğlan cəsarətinin qurbanı oldu

Bərdə rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

XəzərXəbər xəbər verir ki, rayonun Qaradəmirçi kəndində 1998-ci il təvəllüdlü Yusifov Novruz Sərxan oğlu elektrik vurması nəticəsində ölüb. Belə ki, həmin kənddəki metal qəbulu sexində fəhlə işləyən 20 yaşlı oğlan "Kamaz” markalı yük maşınının üstünə çıxaraq aşağı sallanan elektrik naqilini qaldırmağa çalışıb. Bu zaman o, naqilə əli ilə toxunub və cərəyan vurması nəticəsində yanaraq ölüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti