Xəzər Xəbər

Cəlilabaddakı qətlin təfərrüatı: “Onun həyat yoldaşı ilə Ceyhunun əlaqəsi...”

Hadisə | 13:13 • 8 Oktyabr 2018
Cəlilabaddakı qətlin təfərrüatı:
Cəlilabadda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Rayonun Privolnoye kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Gülbala Quliyev Ceyhun Novruzovu qıçqanclıq zəminində öldürüb:

"Gülbala ailəli idi, həyat yoldaşı ilə boşanmağa qərar veriblər. İşləri məhkəmədədir. Odur ki, neçə vaxtdır, burada yaşamır, arada qonaq gəlir. Cehyun isə kənddə yaşayır, ailəlidir, 3 uşaq atasıdır. Kimsə Gülbalaya onun həyat yoldaşı ilə Ceyhunun əlaqəsi olduğunu deyib. Gülbala kəndə gəlib, onu evinə çağırıb və orada öldürüb. Sonra da olanları polisə etiraf edib”.

Qeyd edək ki, Cəlilabadda qətl hadisəsi baş verib. Rayonun Privolnoye kənd sakini Ceyhun Dədəkişi oğlu 34 yaşlı həmkəndlisi Quliyev Gülbala Rauf oğlu tərəfindən qətlə yetirilib.

Xəbər lenti