Xəzər Xəbər

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər yaxalanıblar

Hadisə | 13:03 • 8 Oktyabr 2018
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər yaxalanıblar

Polis əməkdaşlarının "isti izlər”lə keçirdikləri tədbirlər nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, oktyabrın 6-na keçən gecə Bakı şəhər sakini Mehdi Babayevin "VAZ-2106” markalı avtomobilinin Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən qaçırılması barədə DİN-in "102 – Zəng Mərkəzi”nə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 11 radələrində Ələt qəsəbəsi ərazisində onu qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini Şamo Qocayevlə birgə saxlanılıb.


Oktyabrın 6-na keçən gecə Bakı şəhər sakini Valentin Kotovun "VAZ-2107” markalı avtomobilinin paytaxtın Nizami rayonu ərazisindən qaçırılması barədə DİN-in "102 – Zəng Mərkəzi”nə müraciət daxil olub.


DİN-in "Təhlükəsiz Şəhər” Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin Şərifli küçəsində olduğu müəyyən edilib.


Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Abbas Quliyev avtomobillə birgə Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.


Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbər lenti