Xəzər Xəbər

İki qız anası evdən niyə qaçıb? “Boşanandan sonra həyat yoldaşı...”

Hadisə | 17:42 • 15 Yanvar 2018
İki qız anası evdən niyə qaçıb?

Masallı rayonunda ananın iki qız övladını ataraq qaçmasının bəzi təfərrüatları məlum olub.

Rayonun Təklə kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Məmmədova Yeganə Firqət qızı bir neçə ildir ki, həyat yoldaşından ayrılıb:

"Onun iki uşağı var. Boşanandan sonra ata evinə sığınıb. Atası da onu çox istəyir, iki sözünü bir etməzlər. Yeganənin problemi onun həyat yoldaşı ilə olub. Ayrılandan sonra həyat yoldaşı uşaqlarını ondan almaq istəyir. Yeganə isə uşaqlarını ona vermək istəmir”.

Qeyd edək ki, Masallı rayonunda iki uşaq anası evdən qaçıb. Rayonun Təklə kənd sakini, 1993-cü il təvəllüdlü Y. M. yanvarın 11-də evdən qaçıb. Onun 6 və 5 yaşlı iki qızı var.

Xəbər lenti