Ermənistanlı komandirlər
tərəfindən bir çox cinayət hadisələrinin avtoqəza kimi
sənədləşdirilməsi hərbçilərə, onların valideynlərinə müavinətlərin
ödənilməsi və sığortaların alınması yolunu avtomatik bağlamış olur.
2017-ci il ərzində Ermənistan ordusunun hərbi qulluqçuları tərəfindən törədilən avtomobil qəzalarının sayı durmadan artır. Son 3 avtoqəza hadisəsi zamanı 7 erməni hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.
AzVision.az "Armiya.az”a istinadən xəbər verir ki, Ermənistanın
Yexeqnadzor şəhərində avtomobil qəzasına düşən 9-cu motoatıcı alayın
zabiti Mkrtç Qaramanyan mülki xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi
qiymətləndirilir. Başqa bir alayın zabiti Artur Hakopyanın isə avtomobil
qəzası zamanı ayağı sınıb. Həkimlərin dediyinə görə ayağına gips
qoyulan zabit uzun müddət xidmətə çıxa bilməyəcək.
Daha bir
avtomobil qəzası zamanı biri ağır olmaqla 5 hərbi qulluqçu müxtəlif
xəsarətlər alıb. Əlahiddə dağatıcı taboruna məxsus UAZ markalı avtomobil
işğal olunmuş Aterk yaşayış məntəqəsinin yaxınlığında ağır
yol-nəqliyyat hadisəsi törədib. Qəzada 1977-ci il təvəllüdlü Haykuş
Asaturovanın ayağı sınıb və kəllə-beyin travması alıb, 1983-ci il
təvəllüdlü Edqar Vardanyan isə ayağından zədə alıb. Həmçinin kəllə beyin
travması alan 1950-ci il təvəllüdlü Martik Abelyan və 1969-cu il
təvəllüdlü Avedik Movsesyana da hərbi hissənin tibb məntəqəsində ilkin
tibbi yardım göstərilib. 1959-cu il təvəllüdlü Qaregin Hovsenyan isə
qanaxmadan ölməsin deyə təcili yardımla şəhər xəstəxanasına çatdırılıb.
Ermənistan
mətbuatının və sosial şəbəkələrin monitorinqi göstərir ki, bu ilin 9
ayı ərzində avtoqəza nəticəsində düşmən ordusunun 5 hərbi qulluqçusu
ölüb, 54 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Avtoqəza zamanı əlil olan hərbi qulluqçular da az deyil. Belə hadisələr zamanı ermənistanlı valideynləri ən çox narahat edən məsələ ailələrin dövlət tərəfindən heç bir yardım ala bilməməkləridir.
Valideynlərin
çoxsaylı şikayətlərinə əsas səbəb isə komandirlər tərəfindən digər
cinayət hadisələrinin də avtomobil qəzası kimi sənədləşdirilməsidir. Bu
da təbii ki, hərbçilərə və onların valideynlərinə müavinətlərin
ödənilməsi və sığortaların alınması yolunu avtomatik bağlamış olur.