Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.
XəzərXəbər-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan ordusu Noyemberyan rayonunun Berdavan, Barekamavan kəndlərində yerləşən mövqelərindən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində; Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərindən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində; Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.